BAKI, 23 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Teleqraf-a FHN-nin Mətbuat Xidmətindən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
Əlavə məlumat veriləcək.