BAKI, 22 may. TELEQRAF

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.