GƏNCƏ, 20 may. TELEQRAF

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. "VAZ2107" markalı avtomobillə "Chevrolet" markalı maşının toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.

1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova, həmçinin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramov müxtəlif dərəcli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.