
BAKI, 19 may. TELEQRAF
Xırdalanda yaşayış binasında yanğın olub.
FHN-dən Teleqraf-a bildirilib ki, Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.