TOVUZ, 16 may. TELEQRAF
Tovuz rayonunda çay evlərinin birində xidmətçi qadınla müştəri arasında mübahisə düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, mübahisə əlbəyaxa davaya çevrilib.
Nəticədə qadın pivə bakalını müştəri Emin Nağıyevin baş nahiyəsinə çırpıb.
Sonuncu ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.