BAKI, 16 may. TELEQRAF

Bakının Sabunçu rayonunda kişi meyiti aşkarlanıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 15-də saat 18 radələrində Sabunçu qəsəbə sakini, 1979-cu il təvəllüdlü Şam Qəhrəman oğlu Ağacanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.