BAKI, 16 may. TELEQRAF
Sumqayıtda 48 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin 4-cü mikrorayon ev 14/21 mənzil 99-da baş verib.
Mayın 15-də şəhər sakini, 1977-ci il təvəllüdlü Həqiqət İmran qızı Nəsirova yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.