BAKI, 15 may. TELEQRAF

Qazax rayonunun Ağköynək kəndində ümumi sahəsi 500 m² olan fermanın qamışdan ibarət dam örtüyü 350 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.