GƏNCƏ, 14 may. TELEQRAF

Gəncədə yolu keçmək istəyən 34 yaşlı qadını maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, şəhər sakini 1991-ci il təvəllüdlü Simi Bağırova yolu keçmək istəyərkən onu avtomobil vurub.

Piyada yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.