GƏNCƏ, 14 may. TELEQRAF

Ötən gün saat 09:30 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) böyrək sancısı və yüksək təzyiq səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Şəkərli diabetin dəqiqləşdirilməmiş ağırlaşması və hipertonik kriz diaqnozu təyin edilən pasiyent kompüter tomoqrafiya (KT) müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub.

Məlumat üçün bildirək ki, sözügedən şəxsin ölümü özəl tibb müəssisəsində qeydə alınıb.

***

2025/ 05/14 17:01

Gəncə şəhərində xəstəxanalardan birinə müayinəyə gələn qadın tibb müəssisəsində ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1991-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçən zaman həyatını itirib.

Hazırda qadının hansı səbəbdən ölməsi ilə bağlı araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, R.Bayramova 4 övlad anası olub.