BAKI, 14 may. TELEQRAF

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonunda bir nəfərin içərisində 1030 manat olan pul kisəsi soyğunçuluq yolu ilə ələ keçirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 43 yaşlı B.Balakişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.