BAKI, 14 may. TELEQRAF
Baş Prokurorluuq Qubada iki fəhləni elektrik cərəyanı vurması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Teleqraf-ın sorğulara cavab olaraq bildirilib ki, mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
***
11.10
Quba rayonunda iki nəfəri elektrik cərəyanı vurub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Quba rayonunun Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fuad Rahim oğlu Əliyevə məxsus evdə baş verib.
Həmin evdə təmir işləri aparılarkən paytaxt sakini - 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mercedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.
Nəticəsində orada fəhlə işləyən Qobustan rayon sakinləri 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyev və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Yusibovun vəziyyəti orta-ağırdır.