GƏNCƏ, 14 may. TELEQRAF
Gəncə şəhərinə gecə saatlarında yağan leysan xarakterli yağışlar şəhərin Məhsəti qəsəbəsində ciddi problemlərə yol açıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yağış suları qəsəbənin küçlərini yuyub, evlərə dolub.
İlkin məlumata görə, 10-dan artıq evə su dolub. Sakinlər deyirlər ki, rəsmi qurumlardan əraziyə heç kim gəlməyib.
Yeri gəlmişkən, çəkliş zamanı ərazidə İcra Hakimiyyəti və digər qurumlardan kimsə olmayıb.
Əraziyə cəmi bir texnika cəlb olunub. Sakinlər çıxılmaz vəziyyətdə qalıblar. Suyun ərazidən çəkilməsini gözləyirlər.