BAKI, 14 may. TELEQRAF
Bakının Nərimanov rayonunda avtomobil yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.