MİNGƏÇEVİR, 7 may. TELEQRAF
Mingəçevir şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
06:06
Səhər saatlarında Mingəçevirdə fərdi evdə yanğın olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Heydər Hüseynov küçəsində yerləşən həyət evində baş verib.
5 otaqlı evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə daha da genişlənib.
Vaxtında hadisə yerinə gələn yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində evin digər hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.