BAKI, 5 may. TELEQRAF

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışdan sonra baş verən yanğın söndürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

***

23:07

Moskvanın cənub-qərbində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

***

22:35

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Daha 11 sakinin evin içində qaldığı bildirilir.

Partlayışdan sonra mənzildə yanğın baş verib.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.