BAKI, 23 mart. TELEQRAF

“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Teleqraf xəbət verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.

Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib. Sərnişinə dərhal tibbi yardım göstərilib və şəhər xəstəxanalarından birinə çatdırılıb.

Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər otelə yerləşdirilib.