
SAMUX, 22 mart. TELEQRAF
Samux sakini qonşusunun itinin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.
28 yaşlı M.Bağırov it dişləməsi diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır