BAKI, 22 mart. TELEQRAF

Azərbaycanda ötən gün vətəndaşlardan 26 silah götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.