
GƏNCƏ, 22 mart. TELEQRAF
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Gəncə şəhərində Kəlbəcər rayonundan məcburi köçkün düşən sakinlərin kompakt yaşadığı qəsəbədə baş verib.
Ağdaban kənd sakini 31 yaşlı V. Məmmədov bir neçə bıçaq zərbəsi alıb. Yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.