BAKI, 18 mart. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ot tayası və tayanın üzərində qurulan, ümumi sahəsi 32 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.