
BAKI, 17 mart. TELEQRAF
Ağcabədi, Qəbələ, Oğuz və İmişli rayonlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Ağcabədi rayonunun Şənlik kəndində ümumi sahəsi 500 m² olan talvarın yanar konstruksiyaları 320 m² sahədə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Qəbələ rayonunun Dandıx kəndində ümumi sahəsi 140 m² olan tövlənin yanar konstruksiyaları və 15 m² sahədə otluq sahə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oğuz rayonunun Bayan kəndində ümumi sahəsi 15 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 450 kq ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Oruclu kəndində ümumi sahəsi 98 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.