
BAKI, 13 mart. TELEQRAF
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!