
BAKI, 28 fevral. TELEQRAF
Zimbabvedə timsah çay sahilində balıq tutan oğlana hücum edib.
Teleqraf xəbər verir ki, timsah 13 yaşlı yeniyetməni dostlarının gözü qarşısında dişləyərək suyun altına çəkib.
Lyuis Mpofu adlı uşaq Şimali Matabelle əyalətindən idi. O, fevralın 23-də balıq tutmaq üçün dostları ilə Qvelu çayına gəlib. Sudan qəfil çıxan timsaj ona hücum edb və dişləri ilə ayaqlarından tutaraq suyun altına çəkib.
Azyaşlının yaxınları çaydan ancaq onun paltarlarını tapa biliblər.
Bundan əvvəl İndoneziyada timsah 13 yaşlı uçağı yemişdi.