
BAKI, 28 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və ətrafının bəyanatları Moskvanın maksimalist ərazi ambisiyalarını saxladığını və ərazi güzəştlərinə getməyəcəyini göstərir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Putin ABŞ-nin təklif etdiyi dialoq şərtlərini rədd və Ukraynadan işğal olunmuş ərazilərdən imtina etməyi tələb etməkdə davam edir.
İnstitut Rusiya liderindən sitat da gətirib: Putin dünən Federal Təhlükəsizlik Xidmətinə müraciətində Rusiyanın Donbasda əməliyyatları intensivləşdirməyə davam edəcəyini bildirib.
Fevralın 27-də Kremlin sözçüsü Dmitri Peskov da Donbas və “Novorossiya”nın Rusiyanın “ayrılmaz” hissəsi olduğunu deyib.
Analitiklər xatırladırlar ki, Putin “Novorossiya”nı Ukraynanın bütün şərqi və cənubu (Xarkov, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətləri daxil olmaqla) kimi müəyyən edib. Moskvanın “yeni ərazilər” adlandırdığı bölgəyə həmçinin Zaporojye, Xerson, Luqansk və Donetsk daxildir. Rusiya 2022-ci ilin sentyabrında bu 4 vilayətin “ilhaq” edildiyini açıqlamışdı və bu, ölkənin konstitusiyasından təsbit olunub.
“Moskvanın qondarma Novorossiya regionunun Rusiyanın bir hissəsi olması ilə bağlı yeni bəyanatları Putinin maksimalist ərazi ambisiyalarını saxladığını və ərazi güzəştlərinə getmək istəmədiyini göstərir”, - amerikalı ekspertlər vurğulayırlar.
Yerdəki duruma görə, ruslar Xarkov vilayətinin kiçik bir hissəsini və Nikolayevdə yalnız Kinburn Spit kəndini işğal ediblər və Dnepropetrovskun sərhədinə qədər irəliləməyə çalışırlar.
ISW əlavə edir: “Putin kompromislər tələb edən ədalətli danışıqlarda maraqlı deyil, orta və uzunmüddətli perspektivdə hərbi məqsədlərinə nail ola biləcəyinə inanır”.
Həmçinin ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiya maksimalist tələblər irəli sürməyə davam eləsə, o zaman Vaşinqton Putinin danışıqlarda ciddi olmadığını anlayacaq.