BAKI, 28 fevral. TELEQRAF

Moskvanın Şeremetyevo hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir.

Teleqraf xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib.

Agentliyin nümayəndəsi qeyd edib ki, məhdudiyyətlər Moskva vaxtı ilə saat 2:41-də tətbiq edilib.

“Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür – bu, əsas prioritetdir” - Korenyako yazıb.