BAKI, 27 fevral. TELEQRAF

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd "BERETTA" markalı tapança aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.