
BAKI, 28 fevral. TELEQRAF
Nepalda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Nepal Zəlzələlərin Monitorinqi və Tədqiqat Mərkəzi məlumat yayıb.
Zəlzələ Nepalın paytaxtı Katmandu şəhərindən təxminən 56 kilometr aralıda Sindhupalçok rayonunda qeydə alınıb.
Zəlzələnin episentri yerin təxminən 10 kilometr dərinliyində yerləşib. Ölən və yaralananlar barədə məlumat yoxdur.