BAKI, 27 fevral. TELEQRAF

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.