
GƏNCƏ, 27 fevral. TELEQRAF
Gəncədə bir gündə iki nəfər dəm qazından zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktlarından biri "Yeni Gəncə" yaşayış massivində qeydə alınıb.
1994-cü il təvəllüdlü H.Qulamova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha bir analoji fakt "Avtozavod" yaşayış massivində baş verib.
1991-ci il təvəllüdlü N.Muradova zəhərlənmə diaqnozu ilə tibb müəssisələrinin birinə yerləşdirilib.
Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.