
BAKI, 24 fevral. TELEQRAF
Tərtər rayonunun Bəyimsarov kəndində ümumi sahəsi 63 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 33 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Bundan başqa, Şəmkir rayonunun Sarıtəpə kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.