BAKI, 24 fevral. TELEQRAF

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib

Bildirilib ki, fevralın 25-i günün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.