
BAKI, 24 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin əvvəl irəli sürdüyü təkliflərin Ukrayna məsələsində Moskvanın kompromisə getməyə hazır olduğunu göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Vladimir Putinin indiyə qədər etdiyi təkliflər mühüm bir kompromis yükü daşıyır. Onlara diqqətlə baxsanız, orada məhz maraqların balansı əsasında həllə açıq olduğumuzu görmək mümkündür", — diplomat vurğulayıb.