BAKI, 18 fevral. TELEQRAF

Saatlı rayonunda 6 otaqlı ev yanıb.

Bu barədə Teleqraf-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 62 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.