BAKI, 18 fevral. TELEQRAF

Boliviyada sərnişin avtobusunun 800 metrlik uçurumdan aşması nəticəsində 31 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, Boliviyanın Petosi şəhərindən yola düşən avtobus Yocalla qəsəbəsində 800 metrlik uçurumdan aşıb.

Qəza yerinə çoxlu sayda təcili yardım və xilasetmə briqadaları göndərilib.