BAKI, 15 fevral. TELEQRAF

Domodedovo hava limanının uçuş-enmə zolağında qartəmizləyən maşın yanıb.

Teleqraf xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Xəbər Moskva vaxtı ilə saat 00:22-də dərc edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə yerində təcili yardım xidmətləri işləyir. Yanğının başvermə səbəbləri araşdırılır.