ZƏRDAB, 14 fevral. TELEQRAF

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, fevralın 13-ü saat 14 radələrində rayon sakini Əminə Musdəliyeva yaşadığı Zərdab şəhəri "Azərbaycan" küçəsindəki evdə sirkə turşusu içib. Ağır vəziyyətdə xəstəxanaya aparılan qadın yolda vəfat edib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.