
BAKI, 10 fevral. TELEQRAF
Bərdə rayonunun Əliyanlı kəndində ümumi sahəsi 32 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.