
BAKI, 10 fevral. TELEQRAF
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb.
Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.