BAKI, 10 fevral. TELEQRAF

Sakit okean ada dövləti Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ölkənin paytaxtı Port Viladan 65 kilometr aralıda baş verib. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir. Səlahiyyətlilər sunami ilə bağlı xəbərdarlıq etməyib.