BAKI, 9 fevral. TELEQRAF

Cəlilabad rayonunun Çünzəli kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konusturuksiyaları və damında yığılan 4 ton ot bağlaması yanıb.

Teleqraf xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.