
ŞƏMKİR, 9 fevral. TELEQRAF
Şəmkir rayonunda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb, daha sonra isə aşıb. İlkin məlumata görə, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisənin səbəbləri araşdırılır.