BAKI, 9 fevral. TELEQRAF

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verib.

Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.