
Bakı, 8 fevral. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfərə müvafiq köməklik göstərilib.