Bakı, 6 fevral. TELEQRAF

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Teleqraf-a bu barədə DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 10 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.