
“Kimsə nəsə axtarmağa cəhd etməsin, məni - Səxavət Əlisoyu absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi. Az da, olsa gözlənti var idi ki, ABŞ Dövlət Departementinin 2010-cu ildə Azərbaycanda İnsan Haqlarının pozulmasına dair hesabatını oxuduqdan sonra, Müsavat Partiyası bu mötəbər sənədə sayğı ilə yanaşacaq. Təəssüf ki, belə olmadı”.
Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy Facebbok-da bildirib. Əlisoy əlavə edib ki, belə bir paradoksal durumda şərəfsizlər üçün şərəfin dəyəri olmur. O, həmiçinin əlavə edib ki, yaxınları Müsavat Partiyasından istefa verir və bunu onların 18 nümayəndəsinin təsdiq etdiyinin məsuliyyətini üzərinə götürür.
Sabiq müsavatçının yazdığından belə məlum olur ki, Ədalət Əlisoy, Əlipaşa Əlisoy, Arif Əlisoy, Şakir Əlisoy, Çapay Əlisoy, Sabit Əlisoy, Səxavət Əlisoy, Araz Əlisoy, Cavid Əlisoy, Həmid Əlisoy, Hafiz Əlisoy, Toğrul Əlisoy, Gürşad Əlisoy, Məmməd Əlisoy, Musa Əlisoy, Sevindik Əlisoy, Ələkbər Əlisoy və Zakir Əlisoy partiya ilə yollarını ayırıb.
Cavidan