Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 22,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqrama yaxın marixuana, 1,7 kiloqramdan çox heroin və 1,5 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.