AĞSTAFA, 14 mart. TELEQRAF

Ağstafada dönərdən zəhərlənən şəxslər evə buraxılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən 10 nəfər şəxsə tibbi yardım göstərilib və onların hər biri ambulator müayinə üçün evə buraxılıb.

Məlumat üçün bildirək ki, həmin şəxslər rayon mərkəzində dönərdən zəhərləniblər.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb

***

2025.03.13 23:02

Ağstafada dönərdən zəhərlənən şəxslərin sayı 10-a çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dönərdən zəhərlənən şəxslərdən 2 nəfər kişi, 8 nəfər isə qadındır. Həmin şəxslər aşağıdakılardır.

1-Abbasov Ömər Elvin oğlu (2021)

2-Abbasova Nərmin Elvin qızı (2006)

3-Məmmədli Mahirə Yavər qızı (1997)

4-Məmmədli Zəhra Hüseyin qızı (2020)

5-Rəhimova Mehriban Vasif qızı(1971)

6-Sadıqzadə Həsən Cəfər oğlu (2008)

7-Sadıqzadə Gülər Cəfər qızı(2015)

8-Yolçuyeva Fidan Vüqar qızı (2013)

9- Rəhimova Həmayə Əbülfət qızı (1944)

10- Əsədli Zaman Mehman oğlu (2004)

Məlumat üçün bildirək ki, zəhərlənən şəxslərin əksəriyyəti rayonun Köçəskər kəndinin sakinləridir. Onlar rayonun mərkəzindəki dönərxanalardan birində dönər yeyiblər. Zəhərlənən şəxslərin müalicəsi Ağstafa rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb

***

21:37

Ağstafa rayonunda 8 nəfər dönərdən zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onların rayonun mərkəzində yerləşən eyni dönərxanadan dönər alaraq yedikləri və bundan sonra özlərini pis hiss etdikləri bildirilir.

Həmin şəxslərin Ağstafa rayon Mərkəzi Xəstəxanasına müayinə və müalicələri davam etdirilir.