
MİNGƏÇEVİR, 13 mart. TELEQRAF
Mingəçevirdə baş verən kütləvi davanın bəzi təfərrütaları məlum olub. Şəhərin "Bağlar" yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.
Bu barədə Teleqraf-ın yerli bürosunun sorğusuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan cavab olaraq bildirilib.
Məlumata görə, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
11:56
MİNGƏÇEVİR, 13 mart. TELEQRAF
Mingəçevirdə bir qrup yeniyetmənin iştirakı ilə kütləvi dava olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, davada iştirak edənlər bir-birinə müxtəlif bədən xəsarətləri yetiriblər.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb, onlara zəruri tibbi yardım göstərilib.
Baş vermiş insidentlə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.
Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.