BAKI, 13 mart. TELEQRAF

Bakıda Post-Patrul Xidmətinin avtomobili ilə taksi toqquşub.

Teleqraf-ın xəbərinə görə, hadisə Babək prospekti ilə Çobanzadə küçəsinin kəsişməsində - "Grand Opera" şadlıq sarayının qarşısında baş verib.

Qəza nəticəsində taksi maşınının qabaq hissəsi əzilib, sürücüsü isə yüngül xəsarət alıb.

Hadisə Çobanzadə küçəsindən Babək prospektinə gedən yolda tıxaca səbəb olub.

Faktla bağlı araşdırma aparılır.